Lerikin PPX rəisi Lənkəranda qəzaya düşdü-VİDEO
Lerikin PPX rəisi Lənkəranda qəzaya düşdü-VİDEO
23 Sentyabr 2016 / 9:18 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

Əks istiqamətlərdə hərəkətdə olan “Hundai” və “Fiat” markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə