Lerikdə 50 məntəqə işıqsız qalıb – İcra başçısı narahat deyil…
Lerikdə 50 məntəqə işıqsız qalıb – İcra başçısı narahat deyil…
26 Oktyabr 2016 / 11:20 / Baxış sayı: 1210
Font1 Font2 Font3 Font4
Bizimxeber

Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Maraqlısı budur ki, yay aylarında icra başçısı Rövşən Bağırov rayonun qışa hazır olduğunu deyirdi. Hələ qış gəlməmiş belə bir vəziyyətin yaranması rayonun qışa hazır olmadığını göstərir. Ən qəribəsoi odur ki, icra başçısı narahat deyil. Rayon sakinləri bildirir ki, yollara ayrılan pullar hamısı yeyilib, yol olmadığı üçün rayon mərkəzi ilə əlaqə kəsilib. Daha soyuq aylarda sakinləri hansı ciddi problemlərin gözlədiyi isə indidən bəllidir.

Bizimxeber.azqar



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə