Lavrovdan gözlənilməz bəyanat — “Türk əsgərlərinə Suriya hücum edib”
Lavrovdan gözlənilməz bəyanat — “Türk əsgərlərinə Suriya hücum edib”
01 Dekabr 2016 / 17:37 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin 4 şəhid verdiyi hücumla bağlı “Bu, Suriya silahlı qüvvələri tərəfindən həyata keçirilən hücumdur” fikri tərcümə xətası imiş.

Ölkə.Az xəbər verir ki, Antalyada keçirilən Türkiyə-Rusiya ortaq strateji planlama qrupunun toplantısında hər iki dövlətin xarici işlər naziri bir araya gəlib.

Lavrov və Çavuşoğlunun təşkil etdiyi mətbuat konfransında çıxış edən Lavrov 24 noyabr tarixində Suriya ərazisində türk əsgərlərinə qarşı edilən hava hücumu ilə əlaqədar deyib: “Suriyanın silahlı qüvvələri tərəfindən həyata keçirilən hücumdur. Bizim bu məsələ ilə heç bir əlaqəmiz yoxdur”.

Xatırladaq ki, Suriyanın Əl-Bab ərazisində hava hücumu nəticəsində 4 türk əsgəri şəhid olub.

Amma açıqlamadan dərhal sonra Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrovun fikri səhv tərcümə edilib. Əslində Rusiya rəsmisi “Əl-Bab hücumunu nə Rusiya, nə də Suriya rejimi həyata keçirib”-deyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə