Lavrov Türkiyəyə gedəcək
Lavrov Türkiyəyə gedəcək
24 Noyabr 2016 / 17:36 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4
Bizimxeber

 Bizimxeber.az-ın verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Rusiya XİN başçısının Alaniya şəhərində keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun V iclasında iştirak edəcəyini söyləyib: “Lavrovun səfəri zamanı aktual beynəlxalq problemlər, o cümədən Suriya münaqişəsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq”.

M. Zaxarova Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun iclasının ötən ilin noyabrın 24-də Suriya səmasında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ilk dəfə keçirildiyini vurğulayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə