Latviya prezidenti BMT-də Qarabağdan danışdı
Latviya prezidenti BMT-də Qarabağdan danışdı
22 Sentyabr 2016 / 10:35 / Baxış sayı: 166
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.

BMT-nin saytının verdiyi məlumata görə, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edərkən bəyan edib.

“Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır”, deyə R.Veyonis vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə