Laricani: “Rusiya təyyarələrinin İran aviabazasından uçuşları dayandırılmayıb”
Laricani: “Rusiya təyyarələrinin İran aviabazasından uçuşları dayandırılmayıb”
23 Avqust 2016 / 12:07 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya döyüş təyyarələrinin İranın Həmədan aviabazasından uçuşları dayandırılmayıb.

“Report” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib.

“Uçuşlar dayandırılmayıb. İran və Rusiya terrorla mübarizədə müttəfiqdirlər”, – deyə o vurğulayıb.

Eyni zamanda, Ə.Laricani İranın Həmədandakı bazasının heç kimə daimi əsasda verilmədiyini, sadəcə, oradan yanacaq doldurulması üçün istifadə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu bəyanat deputat Mahmud Sadeqinin parlamentin rəyasət heyətinə Həmədan aviabazasından istifadə ilə əlaqədar məsələyə izahat tələb edəcəkləri ilə bağlı atmacasına cavab olaraq verilib.

“Tələb mütləq yerinə yetiriləcək”, – deyə İran parlamentinin spikeri bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə