“Lənkəranski”nin varisi işində sensasion gəlişmə – Nazirə təşəkkür…
“Lənkəranski”nin varisi işində sensasion gəlişmə – Nazirə təşəkkür…
11 Noyabr 2016 / 12:06 / Baxış sayı: 3086
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rövşən Canıyevin maliyyə imperiyası uğrunda mübarizə aparan “qanuni oğru” “Merab Suxumski” ömürlük Rusiyaya qayıda bilməyəcək, onu indi Qazaxıstanda daha ağır cəza gözləyir 

Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) maliyyə imperiyası uğrunda mübarizə aparanlardan biri, uzun illərdir İtaliyada həbsdə olan  Merab Canqveladze (“Merab Suxumski”) Rusiya vətəndaşlığından məhrum edilib.

Xatirladaq ki, bugünlərdə  “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarının  “Merab Suxumski”nin nəzarətinə keçməsi barədə məlumat yayılmışdı.  Rusiya mənbələri iddia edirdi ki,  “Suxumski” bununla kifayətlənməyərək “Lənkəranski”nin Türkiyədəki biznesinə də göz dikib. 

Vaxtilə  “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından olan “Merab Suxumski”nin azadlığa buraxılması və Rusiyaya qayıtması  kriminal aləmdə yeni müharibəni alovlandıra bilərdi. Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”nin Rusiyaya qayıtmasını istəmirdilər.

Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.

“Suxumski” nin  apelyasiya şikayətinə isə bugünlərdə baxılıb və rədd  cavabı verilib. Primecrime.ru  saytının  xəbərinə görə,  İtaliyaya ezam olunan İnterpolun Rusiya bölməsinin əməkdaşları məhkəmə qərarını “Suxumski”yə şəxsən təqdim ediblər.

 

Məlum olub ki, “Suxumski” bu ilin  martında  ev dustaqlığına buraxılıbmış.  “Suxumski” sənədlərlə tanış olduqdan sonra  bildirib ki, məhkəmənin qərarı ilə bağlı  hüquqi prosedurları  davam etdirəcək.  Ona  ömürlük Rusiyaya gəlmək qadağası  barədə də qərar çıxarılıb.

O, rəsmi sənədə imza deyil, “daxili işlər nazirinə və Cinayət Axtarış İdarəsinin rəis müavini Novikova sağ ol” qeydini  yazıb.  “Suxumski”nin bundan sonrakı taleyinin necə olacağı isə müəmmalıdır.   Çünki  “Suxumski”ni Qazaxıstan hüquq-mühafizə orqanları bir sıra cinayətlərdə suçlayırlar və bu qərardan sonra onu daha uzun müddətə türmə həyatı gözləyə bilər.

Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da “Suxumski” ləqəbi ilə tanınır və “Lənkəranski” ilə yaxşı münasibətləri olub. Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb.

“Yaponçik” tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər siyahısında birgə hallanıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə