Lənkəranskinin öldürmək istədiyi şamaxılı milyonçu danışdı
Lənkəranskinin öldürmək istədiyi şamaxılı milyonçu danışdı
28 Oktyabr 2016 / 13:47 / Baxış sayı: 1226
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir”. Bu sözləri lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq Andreyeviç Krapivin bildirib. 

Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir, hazırda Kiyevdə öz işləriylə məşğuldur. “Sizə qarşı sui-qəsd planının “Lotu Quli”ylə dost olduğunuza görə təşkil edildiyi bildirilir” sualına isə iş adamı belə cavab verib: “Mən çox adamla dostam, çox adamla münasibətlərim ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir”.

Qeyd edək ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Rövşən Lənkəranski tərəfindən zəhərlənməsi planıyla bağlı KİV-də gedən yazılarda bir nəfərin də adı çəkilib. Söhbət əslən Azərbaycandan olan və hazırda Kiyevdə yaşayan Oleq Krapivindən gedir. Bu planla bağlı yayılan səs yazılarında da Lənkəranskinin yaxın adımı olan İlqar adlı şəxs “Lotu Quli”nin yaxın adamı, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır: “Sən bu işi burada həll elə, mən də onu Kiyevdə o tərəfə yola salım”, deyir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə