Lənkəranskinin İtaliyada hotelləri, kotecləri var imiş – FOTO
Lənkəranskinin İtaliyada hotelləri, kotecləri var imiş – FOTO
19 Oktyabr 2016 / 12:40 / Baxış sayı: 328
Font1 Font2 Font3 Font4
Bizimxeber

İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. “Sputnik” agentliyinin apardığı araşdırmadan sonra məlum olub ki, polis Lənkəranskiyə aid iki hotelin yerini müəyyənləşdirib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” hotelləri Lənkəranski tərəfindən nağd qiymətə alınıbmış. Qanuni oğru bu hotellərə üst-üstə 101 milyon avro pul ödəyib.

Məlumata görə, “Covo dei Saraceni” hoteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adı ilə tanınan Xamzat Qastamirovun xanımının, ikinci hoteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.

2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən hotellərdən başqa, İtaliyada nağd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.

Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək İtaliya tərəfindən axtarışa verilmişdi.

Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində,  Hamburq və Münhendə belə əmlakları var və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir. Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi.

Digər məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi “Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə