Lənkəranskinin cənazəsi Lənkərana gətirilir – Aeroportdan foto
Lənkəranskinin cənazəsi Lənkərana gətirilir – Aeroportdan foto
18 Avqust 2016 / 22:07 / Baxış sayı: 1446
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun nəşini daşıyan özəl təyyarənin yaxın dəqiqələrdə Lənkəran aeroportuna enəcəyi gözlənilir.

Hazırda aeroportda böyük izdiham müşahidə olunur. Belə ki, onun xeyli sayda qohumu və həmyerlisi Lənkəranskinin nəşini qarşılamaq üçün hava limanına toplaşıb.

Rövşən Canıyevin sabah Lənkəranda dəfn olunacağı gözlənilir. Artıq dünyanın bir neçə ölkəsində, əsasən də Rusiyada yaşayan həmyerlilərimiz dəfn mərasimində iştirak etmək üçün bilet alıblar. Eyni zamanda, oğru dünyasına yaxın nüfuzlu insanların da dəfnlə bağlı Azərbaycana gəlməkdə olduğu haqda məlumatlar var.

Bizimxeber.az 

 

Lənkəranskinin cənazəsi Lənkərana gətirilir  -  Aeroportdan foto

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə