Lənkəranskinin anası TV-lərə pul göndərirmiş – Açıqlama
Lənkəranskinin anası TV-lərə pul göndərirmiş – Açıqlama
16 Sentyabr 2016 / 16:10 / Baxış sayı: 1748
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin (Canıyevin) anası Məsməxanım Hacıyeva xeyriyyəçilik fəaliyyətini davam etdirir.

Serhed.info  xəbər verir ki, xanım Hacıyeva televiziyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyacı olan şəxslərə başqa adla köməkliklər edib.

Hətta ATV kanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcısı olduğu “Ümid var” və “Bizimləsən” verlişlərində bir çox ehtiyacı olan adamlara pul və qiymətli əşyalar göndərdiyi bildirilir. Teleaparıcının verilişində zaman-zaman ən müxtəlif ehtiyyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür etdiyi Hacıxanım adlı qadın Rövşən Lənkəraniskinin anası Məsməxanım Hacıyeva imiş. O, əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu Hacıxanım deyə qeyd edirmiş.

Məsələ ilə bağlı Bizimyol.info-a açıqlama verən Zaur Baxşəliyev fikirlərini belə ifadə edib:

“Bəli, mənim verilişimə hacıxanımlar ehtiyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəraniskinin anası olduğunu bilmirəm. Lənkərandan olan hacıxanım verilişimizə yardımlar edib. Amma onun Lənkəraniskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən konvertlərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Lənkaraniskinin anası mənə telefon edib, “bu pulu mən göndərmişəm” deməyib. Belə hal olmayıb. Ola bilər, göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdır, ona görə istəmirəm ki, hansısa açıqlama verib, təşvişə səbəb olam”.

 

Xatırladaq ki, Lənkəranski 18 avqustda Türkiyənin İstanbul şəhərində  qətlə yetirilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə