Lənkəranski son mənzilə yola salındı – Video
Lənkəranski son mənzilə yola salındı – Video
19 Avqust 2016 / 12:17 / Baxış sayı: 1146
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün qətlə yetirilən avtoritet Rövşən Lənkəranski üçün cənazə namazı qılınıb.

“Qafqazinfo” xəbər verir ki, mərhumun cənazə namazı Lənkəran şəhərində, ata yurdunda keçirilir. Onun dəfn mərasiminə çoxlu sayda insan qatılıb.

Lənkəranskinin qardaşı mərasimdə iştirak edənlərdən xahiş edib ki, cənazə aparılarkən yolda şüarlar səsləndirilməsin. Yalnız quran ayələrinin oxunmasını istəyib.

***

“Qafqazinfo”nun əməkdaşlarının məlumatına görə, artıq Rövşənin nəşi vida üçün evinə gətirilib.

***

Artıq məşhur qanuni oğrunun cənazəsi dəfn olunmaq üçün qəbiristanlığa gətirilib.

***

Əməkdaşlarımızın məlumatına görə, Lənkəranski artıq torpağa tapşırılıb. Dəfn mərasimində deputat Fəzail Ağamalı ilə bərabər bir çox tanınmış şəxslər iştirak edib.

Bizimxeber.az

 

Lənkəranski son mənzilə yola salındı -  Video
Lənkəranski son mənzilə yola salındı -  Video
Lənkəranski son mənzilə yola salındı -  Video
Lənkəranski son mənzilə yola salındı -  Video
Lənkəranski son mənzilə yola salındı -  Video
Ə

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə