Lənkərandakı yol qəzasında ölənlərin sayı 5-ə çatdı – DƏHŞƏTLİ FOTOLAR
Lənkərandakı yol qəzasında ölənlərin sayı 5-ə çatdı – DƏHŞƏTLİ FOTOLAR
10 Sentyabr 2016 / 11:33 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4
Bizimxeber
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06:00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
*  *  *
Lənkəran rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 5-ə çatıb.
APA-nın cənub bürosunun məlumatına görə, qəzada yaralananlardan biri – Reyhan Mahmudova xəstəxanada keçinib.
Hadisə zamanı ölən və yaralananların hamısının adları məlum olub. Ölən şəxslər aşağıdakılardır:
– Bəxtiyar Qiyas oğlu Quliyev – Lənkəran rayonunun Boladi kənd sakini, 1963-cü il təvəllüdlü,  “VAZ-2106”nın sürücüsü;
– Əzizə Ağadadaş qızı Quliyeva – sürücünün həyat yoldaşı;
– Bahar İmran qızı Bağırova – Boladi kənd sakini;
– Nazilə Hacıbala qızı Seyfullayeva – Boladi kənd sakini;
– Reyhan Fərhad qızı Mahmudova – 1965-ci il təvəllüdlü, Boladi kənd sakini.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirlmiş şəxslər aşağıdakılardır:
– Eldar Zeynal oğlu Aslanov – 1977-ci il təvəllüdlü, Parakənd qəsəbə sakini; “Mercedes”in sürücüsü;
– Elman Balazər oğlu Ağazadə – 1974-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
– Akif Əbülhəsən oğlu Nuriyev – 1979-cu il təvəllüdlü, Parakənd qəsəbə sakini;
– Murad Orucəli oğlu Cəfərli – 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini;
– Elvin Həmzə oğlu Mirzəzadə – 1994-cü il təvəllüdlü, Parakənd qəsəbə sakini.
Bizimxeber.az 
 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə