Lənkəranda baş vermiş qəzada bir ailənin 5 üzvü xəsarət aldı
Lənkəranda baş vermiş qəzada bir ailənin 5 üzvü xəsarət aldı
16 Sentyabr 2016 / 20:27 / Baxış sayı: 432
Font1 Font2 Font3 Font4
Bizimxeber

Lənkəran rayonunun Şağlarkücə kəndində bir ailənin beş üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lənkəran-Lerik şossesinin 7-ci kilometrliyində “Mercedes CİP” markalı avtomobillə “Nissan Sunny” markalı 42-BP-239 dövlət nömrə nişanlı avtomobil toqquşub.

“Nissan”ın sürücüsü 1990-cı il təvəllüdlü Fərahim Məlikzadə, anası 1965-ci il təvəllüdlü Şinəxanım Fərəcova, gəlini 1995-ci il təvəllüdlü Salatın Fərəcova və iki azyaşlı nəvəsi Hüseyn Fərəczadə və Nur Fərəczadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatırılıb.

Digər avtomobildə olan Malik Babayev və Mehman Həbibov orta ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Qəza şahidlərinin sözlərinə görə, Lənkəran istiqamətində hərəkət edən “Mercedes”in sürücüsü hadisəni törətdikdən sonra avtomaşının dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb

Polis sürücünün müəyyənləşdirilməsi istiqamətində axtarış aparır. (“Report”)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə