Lənkəran Dövlət Humanitar Kollecində ŞOK FAKTLAR…
Lənkəran Dövlət Humanitar Kollecində ŞOK FAKTLAR…
30 Sentyabr 2016 / 11:36 / Baxış sayı: 1880
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tədris ilinin başlanması ilə əlaqədar ilk gundən Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq baş alib. Artıq tələbələrə 5 oktyabr-Muəllimlər gunu ilə əlaqədar kollecin direktoru R.Həmidov hər tələbədən 30 manat ruşvət almagı tapşırıgı verib.

Bizimxeber.az-a daxil olan məlumata görə, bu işi tərbiyyəci Ülviyyə, şöbə müdirləri Bəyəli, Fikrət, Xuraman, Maya, tədris mudiri İlahə və qrup rəhbərləri icra edirlər. Kollecin direktoru R.Həmidov otagı əxlaqsizlıq yuvasıdır. Katibəsi Ülkərlə və surucusu Kamranla yan otaqda əxlaqsızlıq edən R.Həmidov kolleci tərbiyəsizlər yuvasına cevirib.

LDHK-nın direktoru Ruslan Həmidov separatçı Əlikram Hümbətovun xalası oğludur. Eyni zamanda, o 1990-1993-cü illərdə Hümbətovu maliyyələşdirən əsas adamlardandır. 1993-cü ildə 120 min manatı «Talış Partiyası»nı köçürüb. Ruslan Həmidovun xüsusi pulyığanları var.

«Musiqi müəllimi Fikrət, sürücüsü Kamran və qiyabi şöbənin müdiri Xuraman rüşvət yığmaqla məşğuldurlar”

Kollecin təsərrüfat müdiri M.Mahmudov orta ixtisaslı, 70 yaşı olsa da nə səbəbdənsə kollecdə hələ də hökmranlıq edir. Halbuki, cənab prezidentin sərəncamına görə, 65 yaşı tamam olmuş bütün işçilər işdən azad olunmalıdır.

Müavin Ülviyyə xanım 1 həftəyə 50 manat, 15 günə 100 manat, 1 aya 200 manat almaqla icazə verir. Tələbələr Rusiyadadır. Aysel 1 keditə 30 manat, 3 kreditdən 100 manat alır. Qiyabi şöbə müdüri Xuraman “qaz vurub qazan doldurur. Bir tələbədən sessiyaya 300- 500 manat alır.

Kollecin məsul katibi Mübariz müəllim musiqi şöbəsinin müəllimi II turda abituriyentlərdən 4.000-7.000 məbləğində rüşvət alaraq Ruslana verib. Kadrlar şöbəsinin müdiri Vüsalə orta ixtisas təhsillidir. Kitabxana müdiri və işçiləri orta ixtisas təhsillidir. İxtisasa uyğun işləmirlər. İnşaat mühəndisliyi bitirən İlqar MMQ rəisi işləyir. Dərs bölgüləri düzgün aparılmır.

R. Həmidov kollecdə tam ştatda vəzifədə işləməklə LDU-də müəllim işləyir. Bu qanuna ziddir. Hər uşaq fond pulu ayda 1 manat, tələbə bileti üçün 50 manat yığılır. Kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180.000 manat mənimsəyiblər.

Belə ki, 140.000 manat pulu xususi vəsaitdən təyinatsız köhnə binanın təmirinə xərcləyərək üst ağartma işləri görmüş, musiqi şöbəsində isə pəncərə və dam örtüyünü dəyişmişdir. Dövlət büdcəsindən 24.000 manat pulu ancaq dəftərxana ləvazimatına 1 gündə xərcləmişdir.

Daha ərtaflı faktları sabah oxuya biləcəksiniz…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə