Külək mülayimləşəcək, 30 dərəcə isti olacaq
Külək mülayimləşəcək, 30 dərəcə isti olacaq
21 Sentyabr 2016 / 12:48 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimxeber.az verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27° isti olacaq. 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19° isti olacaq.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə