Küçələrdən axan yağış suyu metroya doldu
Küçələrdən axan yağış suyu metroya doldu
02 Noyabr 2016 / 10:52 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın ilk günü Ermənistanın paytaxtına qar yağıb. Bu səbəbdən Yerevan da daxil olmaqla Ermənistanın bir sıra regionlarındakı yollarda nəqliyyatın hərəkəti iflic hala düşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daha sonra işğalçı ölkənin paytaxtında şiddətli yağışın yağması yollarda keçilməz göllərin yaranmasına səbəb olub. Leysan yağış Yerevan metrosunun da ayıblarını üzə çıxarıb. Belə ki, Yerevan küçələrindən axan sel-su tavandan süzülərək “Zoravar Andranik” metrostansiyasına da dolub.

Vəziyyətin dözülməzliyi barədə danışan sərnişinlər bildiriblər ki, səhər saatlarından metronun içinə “yağan” yağışı dayandırmaq mümkün olmayıb.

“Bayırda necə yağırsa, metronun içinə də tavandan elə damır”,- şahidlərdən biri söyləyib. Gizlin çəkilmiş fotolardan da görünür ki, metropoliten işçiləri yağış sularının axdığı yerə iri vannalar düzüb. Onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan yəqin ki, bundan sonra Yerevan metrostansiyalarını təmir üçün dilənməyə başlayacaq. Maraqlısı budur ki, Ermənistanın yeni hökuməti elə dünən əhaliyə yekə-yekə vədlər vermişdi.

Ekspertlər təcili tədbirlər görülməyəcəyi halda, düşmən ölkədə yenidən davamlı etiraz aksiyalarına start veriləcəyini istisna etmirlər.

Bizimxeber.az



Küçələrdən axan yağış suyu metroya doldu yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə