Kübra Əliyevanın ölüm xəbəri yalan çıxdı – YENİLƏNİB
Kübra Əliyevanın ölüm xəbəri yalan çıxdı – YENİLƏNİB
06 Oktyabr 2016 / 11:00 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kübra Əliyevanın dünyasını dəyişməsi xəbəri təsdiqlənməyib. Aktrisa big.az-a açıqama verib. Xəbərləri eşidib, şoka düşdüyünü deyən Əməkdar artist bildirib: “Mən ölməmişəm. Şou adamı da deyiləm. Nəyə lazım belə yalnış xəbərlər?”.

***09:48

Azərbaycanın Əməkdar artisti, aktrisa Kübra Əliyeva (Kübrabəyim Əliyeva) dünyasını dəyişib. Qaynarinfo.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu haqda aktrisanın rəfiqəsi Solmaz Əliyeva məlumat verib.

Qeyd edək ki, Əliyeva Kübrabəyim Ağa qızı Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə (“Anam gəldi” Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir” G.Xuqayev), Gülnisə (“Solğun çiçəklər” C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”Y.Məmmədov), Pəri xala (“Sən nə üçün yaşayırsan”İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala (“Gözün aydın” M.Əlizadə), Balı (“Qızıl toy” R.Heydər), Gülbadam (“Sevgilimin anası” G.Xuqayev), Sənəm (“Məşədi İbad” H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri” R. Əhmədzadə) və s.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə