Kuba Fidel Kastro ilə vidalaşır
Kuba Fidel Kastro ilə vidalaşır
30 Noyabr 2016 / 11:59 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4
Bizimxeber

Havanada Kuba inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş mərasimdə milyon nəfərə yaxın insan iştirak edib. 

Dünən axşam saatlarında Havanadakı İnqilab meydanında keçirilən tədbirə kubalılarla yanaşı, Latın Amerikasının və dünyanın bir sıra ölkələrinin dövlət başçıları və siyasətçiləri də qatılıblar. Matəm mərasimini Kuba lideri Raul Kastro yekunlaşdıraraq mübarizənin qələbəyədək davam etdiriləcəyini söyləyib.

Noyabrın 30-da içərisində inqilab liderinin külü olan urna ölkənin şərqinə – Santyaqo-de-Kuba şəhərinə yola salınacaq. Əlli yeddi il əvvəl – 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla əks-istiqamətdə hərəkət etmişdi.

Fidel Kastronun dəfn mərasimi dekabrın 4-də inqilabın beşiyi sayılan Santyaqo-de-Kubada keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə