Krımla bağlı qətnamə qəbul edildi-BMT-də
Krımla bağlı qətnamə qəbul edildi-BMT-də
16 Noyabr 2016 / 10:00 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4
Bizimxeber

BMT Baş Assambleyasının III Komitəsində Krımla bağlı qətnamə qəbul edilib.

Bizimxeber.az  “TASS”a istinadən xəbər verir ki, Ukrayna Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul etdirilməsinə nail olub.

Səsvermədə bütün ölkələr iştirak etməyib. Sənəd 73 ölkə tərəfindən dəstəklənib, 23 ölkə əleyhinə, 76 ölkə bitərəf olub. Layihə bir çox Avropa ölkələri və ABŞ tərəfindən dəstəklənib, Rusiya, Çin, Serbiya, Kuba, Hindistan, Qazaxıstan və s. ölkələr əleyhinə çıxış edib.

Azərbaycan səsvermədə iştirak etməyib.

Bizimxeber.az 

BMT-də Krımla bağlı qətnamə qəbul edilib

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə