Əsas menu

Kriminal avtoriteti öldürənlərlər tutuldub – FOTO – YENİLƏNİB​ 

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.


19.40
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Favorit” marketin qarşısında güllənmə hadisəsi baş verib. Yeniavaz.com xəbər verir ki, naməlum şəxs 1 nəfər sakinə odlu silahla atəş açaraq, hadisə yerindən uzaqlaşıb. Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Güllələnən şəxsi “Mercedes-Benz E-Class” markalı avtomobillə ərazidən uzaqlaşdırıblar. Hadisə yerindən çəkdiyimiz görüntüləri təqdim edirik:

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*