Kriminal aləmin “Qoca”sı 3 oğlu ilə birgə tutuldu
Kriminal aləmin “Qoca”sı 3 oğlu ilə birgə tutuldu
01 Dekabr 2016 / 11:02 / Baxış sayı: 2026
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb. “Report” xəbər verir ki, rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar. 

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı, 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elçin Əliyevə narkotik maddə satarkən “iş başında” saxlanılıblar.

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir o, el arasında “Qoca” ləqəbi ilə tanınır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə