Krımın qadın prokuroru istefa verdi
Krımın qadın prokuroru istefa verdi
26 Sentyabr 2016 / 20:16 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada olduqca məşhur olan Krım prokuroru Natalya Poklonskaya vəzifəsindən istefa verib.

Poklonskaya bildirib ki, “Vahid Rusiya” partiyasının siyahısı üzrə Dövlət Dumasına millət vəkillərinin seçilməsi ilə əlaqədar keçirilən seçkilərə görə bəyanat imzalayıb.

“Mən bu gün Dövlət Dumasına seçkilərlə bağlı Krım prokuroru vəzifəsindən müvəqqəti azad olunmağım üçün ərizə yazdım”, – deyə Poklonskaya söyləyib.

Onun sözlərinə görə, istefa ərizəsi artıq Baş Prokurorluğa göndərilib.

“Dövlət Dumasına deputat seçildiyimə görə mənim səlahiyyətlərim dayandırılıb və mən Krım prokuroru vəzifəsindən azad olunuram. Mənim karyeram prokuror olaraq qalır, lakin deputat kimi fəaliyyət göstərir və bu səlahiyyətlərimi icra edirəm”, N. Poklonskaya qeyd edib.

Xatırladaq ki, N. Poklonskaya 2014-cü il mayın 2-də prezident Vladimir Putin tərəfindən Krım prokuroru təyin olunub.

Bizimxeber.az

Krımın qadın prokuroru istefa verdi
Krımın qadın prokuroru istefa verdi
Krımın qadın prokuroru istefa verdi
Krımın qadın prokuroru istefa verdi
Krımın qadın prokuroru istefa verdi



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə