Kreml nədən baş nazirin qətlinə fərman verib?
Kreml nədən baş nazirin qətlinə fərman verib?
08 Noyabr 2016 / 11:01 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Monteneqroya nəzarət etmək istəyirdi. Axar.az xəbər verir ki, bu sözlər ukraynalı ekspert Vitali Portnikovun Ukrayna mətbuatında dərc olunmuş məqaləsində yer alıb. Onun sözlərinə görə, Moskva bu ərazi vasitəsilə NATO-da destabilizasiya yaratmaq niyyətində idi:

“Məncə, monteneqrolular artıq Baş nazir Milo Cukanoviçi kimin öldürmək istədiyini bilirlər. Bunlar Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və ya Baş Kəşfiyyat İdarəsi ola bilər. Onlar heç vaxt Rusiya xüsusi xidmət orqanlarının burada iştirakını etiraf etməyəcəklər. Monteneqroda çevriliş cəhdi Rusiyanın adi xüsusi əməliyyatı idi. Bunun qarşısını almaq üçün bir sıra ölkələrin xüsusi xidmət orqanlarının gücündən istifadə edildi. Onlar arasında Ukrayna kəşfiyyatçıları da var.

Monteneqro Moskva üçün çox əhəmiyyətlidir. Bu ölkənin limanları NATO-nun Aralıq dənizində nəzarət etmədiyi yeganə ərazidir. Monteneqronun Alyansa üzvlüyündən sonra Aralıq dənizi NATO-nun daxili gölü olacaq. Məhz bu limanlara nəzarət üçün Moskva bir zamanlar Monteneqronun müstəqilliyini dəstəklədi. Kremldə fikirləşirdilər ki, bu ölkə üzərində nəzarət Serbiya və Çernoqoriya üzərində nəzarətdən daha asan olacaq. Lakin Cukanoviç Putin və onu generallarını barmağına doladı. Buna görə Moskvada onu öldürmək qərarı verildi”.
Qeyd edək ki, oktyabrın 16-da Monteneqro Baş naziri Milo Cukanoviçə sui-qəsd cəhdi olub. Ölkə polisinin keçirdiyi əməliyyat nəticəsində 50-yə yaxın şəxs həbs edilib. Onlar arasında Rusiya, Serbiya və Monteneqro vətəndaşları olub. Monteneqro hökuməti Cukanoviçi rus millətçilərinin öldürmək istədiyini bildirib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə