Kredit borcları silinməyəcək, güzəştlər olacaq…
Kredit borcları silinməyəcək, güzəştlər olacaq…
21 Sentyabr 2016 / 12:03 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4
Bizimxeber

Son günlər mətbuatda vətəndaşların kredit borclarının bağışlanılmasına dair xəbər dolaşır. Sentyabr ayının son günlərində kredit borclarının silinməsi gözləndiyi deyilsə də,  iqtsadi böhran şəraitində hökumətin bu addımı atacağı nə qədər realdır?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirdi ki, kredit borclarının silinməsi mümkünsüzdür. Deputat kredit borclarına dair güzəştlərin tətbiq ediləcəyini ehtimal edir:

“Kredit borclarının ləğvindən söhbət gedə bilməz. Çünki məbləğ kifayət qədər böyükdür. İndiki maliyyə vəziyyətində  kredit borclarının dövlət tərəfindən ödənilməsi dövlət üçün əlavə xərcdir. Biz bir neçə ay öncə həmkarım Əli Məsimli ilə birlikdə hökumətə kredit borcları ilə bağlı təkliflər irəli sürmüşdük. Amma hələ cavab yoxdur. Ola bilər ki, prezident kredit borcları ilə bağlı güzəştlərin edilməsinə dair göstəriş versin”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə