Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Kralla evli olmuş Moskva gözəli övladının DNT testindən imtina etdi

2273 oxunma | Tarix: | 2 ay öncə

“Miss Moskva 2015” titulunun sahibi Oksana Voyevodina Malayziyanın keçmiş kralı V Məhəmmədin atalığının təsdiqlənməsi üçün DNT testində iştirakdan imtina edib. Voyevodina bu nikahdan Leon adlı bir övlad dünyaya gətirdiyini, amma atalıq testi etdirmək üçün heç bir əsasının olmadığını bildirib.
“Miss Moskva” etiraf edib ki, V Məhəmməd ilə nağıl kimi toyu baş tutub. “Hər qız sehrli nağıl xəyal edir və o mənə həmin nağılı hədiyyə etdi”, – deyə Voyevodina bildirib. Ancaq dekabr ayında Malayziyanın keçmiş kralı onu tərk edib və bir daha geri qayıtmayıb: “Doğrusu, nə olduğunu bilmirəm. Hər şey yaxşı idi, biz ilk övladımızı gözləyirdik. Bu günə qədər onun niyə getdiyini başa düşmürəm”.

XƏBƏRLƏR:  Türkiyə İŞİD terrorçularını öz ölkələrinə göndərməyə başladı
Image result for Oksana Voyevodina
Oksana Voyevodina

Gözəllik kraliçası ərinin ondan boşanmaq istədiyini internet vasitəsi ilə öyrəndiyini qeyd edib. Sonra o, dəfələrlə əri və onun qohumları ilə əlaqə yaratmağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra o, özü ayaqda durmağa çalışıb:
“Öz-özümə dedim ki, oyan, sənin oğlun var. Unutma ki, sən həm ata, həm də sultansan. Mən aramızda nələrin baş verməsindən asılı olmayaraq, oğlumun valideynlərinin olmasını istəyirəm. Hər şeydən öncə oğlunun qayğısına qalmalısan. O, bu deyilənləri görsə, sənin haqqında nə düşünəcək?”

XƏBƏRLƏR:  Rəsmi Kiyev Baydenlərlə bağlı istintaqa başlamağa hazırdır

Qeyd edək ki, cütlüyün boşanması ilə bağlı məlumatlar iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb. İlkin məlumatlara görə, kral xəyanət səbəbindən Voyevodinadan boşanıb. Ancaq “Miss Moskva” boşanma səbəbini açıqlamaqdan imtina edib.

Bundan sonra V Məhəmmədin vəkili Ko Tien Xua bildirib ki, Vayevodinanın övladının bioloji atasının kral olduğu ilə bağlı heç bir obyektiv səbəb yoxdur. Öz növbəsində vəkil Dmitri Mordvinsev deyib ki, Malayziya qanunlarına və şəriətə görə V Məhəmmədin Voyevodinadan oğlunu götürməyə haqqı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir