Komandalarımızın Rusiyada oynaması ilə bağlı sorğu cavablandırıldı
Komandalarımızın Rusiyada oynaması ilə bağlı sorğu cavablandırıldı
08 Noyabr 2016 / 23:20 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ümumrusiya Voleybol Federasiyasının qadın voleybolu üzrə kuratoru Vladislav Fadeyev Rusiya mətbuatına açıqlamasında keçmiş SSRİ ölkələrinin, xüsusilə də Azərbaycanın güclü klublarının Rusiya Superliqasına cəlb edilməsində maraqlı olduqlarını açıqlayıb. O bildirib ki, Azərbaycan tərəfi bundan imtina edib.

Qaynarinfo.Az bu məsələ ilə bağlı Azərbaycan Voleybol Federasiyasına sorğu göndərib.

Federasiyanın bu barədə açıqlaması belə olub: “Azərbaycan klublarının Rusiya çempionatında iştirak etməsi məsələsi bir neçə il bundan əvvəl rəsmi olmadan danışıqlar vasitəsilə gedən bir söhbət idi. Bir neçə il əvvəl isə, bildiyiniz kimi, ölkəmizdə Avropada səs salmış güclü çempionatımız var idi və 5 komandamız Avrokuboklarda iştirak edirdilər.

Bəli, belə yarışın keçirilməsi bizim üçün də maraqlıdır. Sadəcə olaraq bu yarışın turnir formasında keçirilməsi daha yaxşı olardı. Çünki bu mövsüm “Azərreyl” və “Telekom” komandaları Çempionlar Liqasında iştirak edirlər. Qarşıda isə, bildiyimiz kimi, milli komandamızı İslam Həmrəylik oyunları, dünya çempionatının seçmə mərhələsi və Avropa çempionatının final oyunları gözləyir. Bu gün Azərbaycan Voleybol Federasiyası milli komandalarımızın bu yarışlara yüksək səviyyədə hazırlaşması üçün çalışır və bütün proqramlarını buna görə hazırlayır.

Bir daha qeyd edək ki, bu cür yarışın keçirilməsi turnir formatlı olarsa, komandalarımızın iştirak etməsi haqqında fikirləşmək olar. Onu da qeyd edək ki, turnirdə klub komandalarımız iştirak etdiyinə görə buna qərarı komandaların rəhbərləri verir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə