Kolumbiya hökuməti inqilabi FARC qrupu ilə razılığa gəldi
Kolumbiya hökuməti inqilabi FARC qrupu ilə razılığa gəldi
13 Noyabr 2016 / 10:41 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kolumbiya hökuməti və FARC sülh razılaşması imzaladıqlarını bəyan ediblər. 

Bizimxeber.az saytının verdiyi məlumata görə, Kolumbiya hakimiyyəti və İnqilabçı silahlılardan (FARC) marksistlər 52 ildir davam edən vətəndaş müharibəsinin sona çatdırmaq barədə razılığa gəliblər. Xəbəri Reuters yayıb.

“Biz nəhayət ki, hərbi konfliktə son vermək üçün razılıq əldə etdik”,- hökumətlə silahlıların birgə bəyanatında deyilir.

Kolumbiya hakimiyyəti və FARC eyni zamanda dünya ictimaiyyətinə və ölkə sakinlərinə də “müharibə faciəsini geridə qoya bilmək , yeni razılığı dəstələmək və həyata keçirmək” üçün müraciət ediblər.

Sentyabrın sonlarından etibarən Kolumbiya hakimiyyəti FARC-la apardığı 3-cü danışıqdan sonra umumi razılığa gələ bildi.

Razılıq 3 oktyabr referendumunda 50,21% seçkiyə gələnlər sülh razılığının əleyhinə səs verdilər.

Referendumdan sonra prezident Xuan Santos nəticələrdən narazı qaldığını , “öz uşaqlarımın gələcəyi üçün daha yaxşı gələcək arzulayırdım”, -şəklində bəyan edib.

FARC liderləri ilə razılıq əldə edəcəyinə söz verən prezident öz nümayəndələrini danışıqlar üçün Kubaya göndərdi.

FARC-ın rəhbəri, Timoşenko ləqəbi ilə məşhur olan Rodriqo Londono öz növbəsində bəyan etdi ki, onun adamları konfliktin sülh yolu ilə həllinə  ümid edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə