Koçaryan Əliyevlə danışıqların detallarını açıqladı: “Torpaqları qaytarırdıq…”
Koçaryan Əliyevlə danışıqların detallarını açıqladı: “Torpaqları qaytarırdıq…”
05 Sentyabr 2016 / 12:05 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
Bizimxeber
“Azərbaycanın təşəbbüsü ilə regional əməkdaşlığın yeni formatının formalaşması, Ermənistandan yan keçən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması iqtisadi, beynəlxalq və regional amillərdə, xüsusilə Dağlıq Qarabağ danışıqlarında bizim ölkənin çəkisinin azaldığı deməkdir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan proseslərə toxunan Koçaryan deyib ki, onun 10 il prezidentliyi dövründə Ki-Uest danışıqlarında müəyyən razılıqlar var idi.
“Həmin vaxt ətraf rayonların qaytarılmağa hazır idik, yalnız Qarabağın Ermənistana birləşməsini istəyirdik. Lakin bu, baş tutmadı. Sonra “Madrid prinsipləri ortaya çıxdı. Lakin bu sənəd imzalamaq üçün nəzərdə tutulmurdu. Bu, gələcəkdə razılaşmanın əsası kimi irəli sürülmüşdü”, – deyə o bildirib.
Keçmiş prezidenti Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olduğunu, insanların sosial problemlərə görə radikallaşdığını da vurğulayıb.
Qeyd edək ki, Ki-Uest görüşü 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin dövründə keçirilmişdi.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə