Klintonun yaddaşsızlıqdan əziyyət çəkdiyi məlum olub
Klintonun yaddaşsızlıqdan əziyyət çəkdiyi məlum olub
24 Sentyabr 2016 / 15:26 / Baxış sayı: 912
Font1 Font2 Font3 Font4
Bizimxeber

Federal Tədqiqat Bürosu Amerika Birləşmiş Ştatlarında prezidentlyinə namizəd Hillari Klintonun gizli sənədləri oteldə unutduğunu aşkarlayıb. Hillari Klintonun fəaliyyəti ilə bağlı araşdırmalar zamanı FTB maraqlı məlumatlar əldə edib. 

Onun rəsmi elektron poçtu ilə bağlı olan sənədlərin gözdən keçirilməsi zamanı maraqlı məsələlər ortaya çıxıb. Məlum olub ki, Hillari Klinton bu ranqlı siyasətçi üçün yolverilməz həddə yaddaşsızlıqdan əziyyət çəkir. Sənədlərin 200-ə qədər səhifəsində buna sübut tapılıb.

FTB aşkarlayıb ki, Klinton və tabeliyində olanlar gizli məlumatlarla çox ehtiyyatsız davranıblar. Onun Rusiyaya səfəri zamanı köməkçisi Klintonun qaldığı otağa gizli sənədlər olan çanta gətirib. Sonra Klinton və köməkçisi otağı tərk ediblər, sənədlər isə orada qalıb. Sənədlər yad ələ yalnız ona görə düşməyib ki, onu Klintonun mühafizəçiləri vaxtına tapa biliblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə