Klintonun radikal islamçı olan köməkçisi depresiyadadır
Klintonun radikal islamçı olan  köməkçisi depresiyadadır
12 Noyabr 2016 / 13:18 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da keçirilmiş prezident seçkilərində uduzmuş Hillari Klintonun qərargahı və komandası depressiyadadır.

Sabiq dövlət katibinin şəxsi köməkçisi Huma Abidin dünən Nyu-Yorkun Bruklin səmtində, H.Klintonun seçki qərargahının qarşısında olanda ağlayırdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, demokrat konqresmen Entoni Vinerin xanımı, 41 yaşlı Huma Abidin reportyorların suallarını cavablamaq istəməyib.

O, srağagün “Vouge” jurnalına verdiyi açıqlamasında deyib: “Ağır vəziyyətdəyəm. Üstəlik, ərimlə bağlı seks-qalmaqal, Federal Təhqiqat Bürosunun araşdırmaları bərpa etməsi – bütün bunlar asan məsələlər deyil. Bu ağır vaxtda məni yaxın dostlarım və həmkarlarım dəstəklədi. Amma ən böyük köməyim İslam oldu”.

Huma Abidinin atası pakistanlı, anası hindistanlıdır. Onun əri, 52 yaşlı Entoni Viner yəhudidir.

Abidinlə Viner 2010-cu ilin iyulun 10-da evləniblər.

Entoni Viner 2011-ci ildə böyük qalmaqalın “ulduz”una çevrilmişdi. Onun 6 qadına Twitter vasitəsilə yarıçılpaq fotolar yolladığı bəlli olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə