Klintonu sevməyən nazir Obama ilə görüşdü
Klintonu sevməyən nazir Obama ilə görüşdü
16 Noyabr 2016 / 9:54 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama Yunanıstanda səfərdədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Aleksis Çipras ABŞ prezidenti ilə görüşüb.

Nazir 17 ildən sonra ölkəsinə gələn ABŞ prezidentini “Səfəriniz bizim üçün böyük sevinc və şərəfdir” deyərək salamlayıb.

Xatırladaq ki, sonuncu dəfə Yunanıstana 1999-cu il noyabrın 19-da ABŞ prezidenti Bill Klinton səfər edib. O zaman bu səfər Afinada etirazlarla qarşılanıb. Aleksis Çipras isə ən aktiv etirazçılardan biri olub.

Bizimxeber.az

“17 il öncə etirazçı olan Baş Nazir -  Foto

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə