Klinton liderliyi ələ alıb -YENİLƏNİR
Klinton  liderliyi ələ alıb -YENİLƏNİR
09 Noyabr 2016 / 9:58 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4
Bizimxeber

Demokratlar Partiyasından namizəd Hillari Klinton hazırda ABŞ prezidenti postu uğrunda mübarizədə Kaliforniya və Havay ştatlarında səs çoxluğu qazanaraq irəli çıxıb.

“Report” CNN-nə istinadən xəbər verir ki, hazırda Klinton Seçicilər Kollegiyasının 197, respublikaçı Donal Tramp isə 187 səsini toplayıb.

***07:44

Respublikaçılar Partiyasıdan namizəd Donald Tramp hazırda ABŞ-da keçirilən prezident seçkilərində liderlik edir.

“Report” xəbər verir ki, indiyə qədər səslərin təqribən 47 faizi hesablanıb.

Hesablamalara görə, Tramp Seçicilər Kollegiyasının 168 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 109-nu toplayır.

Qeyd edək ki, qələbə üçün namizədə Seçicilər Kollegiyasının 270 səsi lazımdır.

Ümumilikdə Trampa hələ ki, seçicilərin 49 faizi, Klintona isə 47 faizi səs verib.

İlkin məlumatlara görə, milyarder Florida və Ohayo kimi əsas ştatlarda liderlik edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə