KİV Obamanın FTB direktorunu qovacağından xəbər tutdu
KİV Obamanın FTB direktorunu qovacağından xəbər tutdu
08 Noyabr 2016 / 11:18 / Baxış sayı: 558
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidenti Barak Obamanın FTB direktorunu qovmaq istəyi KİV-də yayıldı.

Bizimxeber.az saytının məlumatına görə, ABŞ prezidenti Barak Obama məsləhətçisi Valeri Carretin israrı ilə razılaşaraq FTB direktoru Ceyms Komini qovacaq. Bu barədə The Daily Mail nəşri Ağ evə istinad edərək yazır. 

 Verilən məlumata görə, Obama və Carret son günlərdə veriləcək bu qərarın siyasi və hüquqi nəticələrini müzakirə edirlər.

Obamanı qəzəbləndirən səbəb isə seçkiyə 11 gün qalmış Kominin ABŞ prezidentliyinə namizən Hillari Klintona qarşı iddia qaldırması olub.

Bununla belə səsverməyə iki gün qalmış istintaq dayandırılıb. Belə ki, Klintonu məsuliyyətə cəlb etmək üçün heç bir dəlil tapılmayıb.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə