Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Kissincerlə Putin bir arada

719 oxunma | Tarix: | 2 il öncə
Kreml: “Onlar yaxın dostdurlar və ara-sıra görüşürlər” 
Rusiya prezidenti Vladimir Putin, Moskvada olan, ABŞ-ın keçmiş xarici işlər naziri Henri Kissincerlə görüşüb. Bizimxeber.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin və Kissincer arasında uzun illərdir yaxın dostluq münasibəti var. İmkan olduqca ara-sıra görüşürlər” — Peskov bildirib.

Kremldən verilən açıqlamaya görə, görüş rəsmi xarakter daşımır. Henri Kissincer Moskvada Rusiyanın sabiq baş naziri Yevgeni Primakovun xatirəsinə təşkil edilən beynəlxalq konfransda iştirak etmək üçün Rusiyaya gəlib.

XƏBƏRLƏR:  Azərbaycanın general-polkovnikləri (SİYAHI)

Qeyd edək ki, Kissincer vaxtilə Sovetlər İttifaqı ilə yaxınlaşmanın ən fəal tərəfdarlarından olub, 1973-cü ildə Nobel sülh mükafatı alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir