“Kimse Yok Mu” təşkilatının 121 üzvü həbs edildi
“Kimse Yok Mu” təşkilatının 121 üzvü həbs edildi
27 Sentyabr 2016 / 12:22 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4
Bizimxeber

İstanbulun Anadolu rayon Prokrorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində “Kimse Yok Mu” ictimai təşkilatına qarşı cinayət işi başlanıb.

“Haberturk” xəbər verir ki, ictimai birliyin 121 üzvü barəsində həbs qətimkan tədbiri seçilib. Məlumata görə, birlik Qurban bayramı ilə bağlı toplanan ianə pullarını FETÖ-yə ötürməkdə ittiham olunur.

Qeyd edək ki, “Kimse Yok mu” Həmrəylik və Yardımlaşma Dərnəyi 2004-cü ildə İstanbulda yaradılıb. Türkiyə Nazirlər Kabineti birliyi cəmiyyətin mənafeyi üçün çalışan təşkilat kimi qeydə alıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə