bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Killerlər və xüsusi xidmətlər azərbaycanlı “qanuni oğru”nun axtarışında

1849 oxunma | Tarix: | 1 həftə öncə

Kriminal aləmdə “Lotu Quli”kimi tanınan məşhur “qanuni oğru” Nadir Səlifovun rəqibləri onu ya muzdlu qatillərin əli, ya da xüsusi xidmət orqanları əməkdaşlarının köməkliyi ilə aradan götürmək istəyirlər. Bu barədə Rusiyanın nüfuzlu “Praym Kraym” nəşri məlumat yayıb.

Məlumata görə, N.Səlifov Qətərdə olduğu müddətdə “Badri Kutaisski”ləqəbli “qanuni oğru” Badri Koquaşvili (“Şakro Molodoy”un Moskva üzrə varisi) bir günlük gizlincə İstanbula gələrək kriminal avtoritetlərlə görüşüb. “Badri Kutaisski”nin görüşdüyü kriminal avtoritetlərin arasında Türkiyə mafiyasının əsas liderlərindən biri – Sedat Peker də olub.

XƏBƏRLƏR:  Azər Axşamın öldürülməsi — XƏBƏRİ YAYILDI

“Şakro Molodoy”un nümayəndəsi “Badri Kutaisski” Sedat Pekerə müttəfiqlik təklif edib. Bunun əvəzində isə “Quli”nin aradan götürülməsini istəyib. Amma Sedet Pekerdən rədd cavabı alıb.

Mənbə “Badri Kutaisski”nin “Quli”nin aradan götürülməsini təkcə türk mafiozları ilə müzakirə etmədiyini də vurğulayıb.

İkinci variant N.Səlifovun Yunanıstandakı “oğru sxodkası”na dəvəti olunması və beynəlxalq axtarışda olan şəxs kimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlıdır.

XƏBƏRLƏR:  “Oazis” restoranı söküldü

Mənbə iddia edir ki, artıq N.Səlifovun saxlanılmasına məsuliyyət daşıyan məşhurların adı da məlumdur. Bunlar – sərhəd mühafizəsi bölməsinin direktoru Aristidis S. və Yunanıstan İnterpolunun mütəşəkkil cinayətkarlıq üzrə qadın əməkdaşı Dimitra Karakostadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir