Kılıçdaroğluna qarşı terror əmri verən şəxs
Kılıçdaroğluna qarşı terror əmri verən şəxs
07 Sentyabr 2016 / 13:28 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə müxalifətinin lideri, Cumhurriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna qarşı həyata keçirilmiş hücumun PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı məlum olub. 

Lent.az-ın məlumatına görə, 25 avqustda Artvinin Savtaş rayonunun Yanıqlı kəndində K.Kılıçdaroğluna qarşı silahlı hücum etmiş şəxslərə təlimatın “Türk Tarık” ləqəbli terrorçu Barış Önerin verdiyi üzə çıxıb. Bildirilir ki, bir sıra qanlı aktlarda adı hallanan bu terrorçunun başına dövlət 1 milyon lirə pul qoyub.

Qeyd edək ki, K.Kılıçdaroğlunun avtomobilinin də olduğu konvoya silahlı hücum zamanı bir polis şəhid olub, 2 əsgər isə yaralanıb. Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə