Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)

557 oxunma | Tarix: | 4 ay öncə

Ötən gün Bəyaz Hərəkatının başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başlayıb. İlk olaraq Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı sayın Kemal Kılıcdaroğlu ilə Bəyaz Hərəkat başqanı Hürrü Əliyev arasında 40 dəqiqəlik geniş müzakirələrin aparıldığı görüş keçirilib. 

Görüşdə daxili və xarici siyasət, Dağlıq Qarabağ mövzülarını öndə tutan Hürrü bəy, Türkiyənin açıq şəkildə iradəsini göstərməsinin mütləq olduğunu bildirib. Səmimi keçən görüşdə Kemal Kılıçdaroğlu Bəyaz Hərəkat və CHP əlaqələrinin daha da yaxınlaşacağını, iki partiya arasında bütün sahələrdə siyasi-mədəni əlaqələrin genişləndiriləcəyini qeyd edib.

Görüşün sonunda Hürrü Əliyev Kemal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə edib. Kılıçdaroğlu isə öz növbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü bəyə təqdim edib.
Azərbaycanın milli problemlərinin həll olunmasında “Varlığımızla Sizinləyik” deyən CHP nümayəndələrinə xüsusi minnətdarlığını bildirən Hürrü bəy görüşdən yüksək razılığını bildirib.
XƏBƏRLƏR:  ReAl-ın komitə başqanından Azər Qasımlıya sərt tənqid: “Bu da sizə demokratiya!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir