Kılıçdaroğlu sözünü yedi
Kılıçdaroğlu sözünü yedi
08 Noyabr 2016 / 16:18 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin ana müxalifət partiyası  CHP lideri Kılıçdaroğlu dünənə qədər müdafiə etdiyi HDP-lı millət vəkilləri üçün dediyi sözü dəyişib. 

Bizimxeber.az saytı yerli mediaya istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu partiyasının TBMM qrup toplanışındakı çıxışında HDP-li millət vəkilləri üçün :” Seçki ilə gələn “mən hüquqdan üstünəm, hər istədiyimi edə bilərəm” deyə bilməz.” Mən müstəntiq, prokuror hüzuruna gedə bilmərəm ” deyə bilməz. Gəlməli, ifadə verməli, özünü müdafiə etməli idi” deyib.

CHP bu həftə sonu isə toplandıqları Partiya Məclisindən skandal bir bəyanat yaymışdı. CHP-nin yayımladığı bəyanatda isə ,” Cumhuriyyət qəzetinə açılmış cinayət işi sona çatmalıdır, mətbuata , məktəblərə, universitetlərə olan təzyiqlərə son verilməlidir” deyilib.

HDP-li 9 millət vəkilinin həbsi ilə bağlı da “Millət vəkillərinin həbsi konstitusiyaya hörmətsizlikdir” demişdi.

Hələ dünən bu bəyanatı yayan Kılıçdaroğlu ona qarşı olan təzyiqlərdən dolayı geri addım atdı.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə