KFC-də insanları belə zəhərləyirlər?
KFC-də insanları belə zəhərləyirlər?
12 Oktyabr 2016 / 10:46 / Baxış sayı: 1382
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda fəaliyyət göstərən “KFC” restoranlar şəbəkəsi ilə bağlı iddia ortaya çıxıb. Baku.ws-ə istinadən məlumatına görə, Aytəkin Qardaşova adlı xanım müştərilərin istifadə olunmuş plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb. 

Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq KFC işçilərindən vəziyyəti öyrənməyə çalışıb: “Sual verdim ki, “İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?” Cavab tapa bilməyən oğlan tutulub qaldı.

“Yox, xanım, aparıb “krant”a boşaldacağıq”,- deyə bildirdi. Yəni, işçi platsik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər”.

“Bakıdakı “KFC” ilə bağlı iddia - Birdəfəlik qablar yuyulur?+Foto

Bakıdakı “KFC” ilə bağlı iddia - Birdəfəlik qablar yuyulur?+Foto

P.S. Qeyd edək ki,   28 may metrostansiyasının yaxınlığında kı, KFC restoranında 3 uşaq zəhərlənməsi ilə bağlı ölkə mətbuatında məlumat yayılmışdı.

Uşaqlar 1 saylı uşaq infeksion xəstəxanasının reanimasiyasında müalicə  alıblar və hər 3 uşaqda Qastroentronit diaqnozu qoyularaq analizlərindən Klilpsella bakteriyası aşkarlanmışdır. KFC restoranı zəhərlənmə faktını təsdiq etsədə heç bir açıqlama verməyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə