Keçmiş polis zabiti özünü güllələyib
Keçmiş polis zabiti özünü güllələyib
13 Avqust 2016 / 16:04 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şəmkir şəhərində kişi həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.

Avqustun 12-də Şəmkir şəhərində intihar edən 1959-cu il təvəllüdlü Qafqaz İsgəndərov uzun müddət Rusiya polis orqanlarında çalışıb. O, özünü öldürdüyü tapançanı Rusiyadan gətirib.

Qafqaz İsgəndərov bir müddət əvvəl həyat yoldaşından boşanıb. Şəmkirdə ata evində qardaşı ilə qonşuluqda yaşayan Q.İsgəndərov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. O, yalnız və özünə qapanıq şəkildə yaşayırmış.

Q.İsgəndərov hadisə günü qardaşı ilə bazara gedib. Bu gün atasının ölümünün il dönümü olduğuna görə qardaşlar yas üçün alış-veriş ediblər. Evə qayıtdıqdan sonra Q.İsgəndərov qardaşına deyib ki, çimib onun evinə keçəcək. Hamamdan çıxdıqdan sonra isə Rusiyadan özü ilə gətirdiyi köhnə model tapança ilə başına atəş açaraq özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə