Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Keçmiş icra başçısı Administrasiyaya göndərdiyi teleqramları paylaşdı

1870 oxunma | Tarix: | 1 həftə öncə
Naftalanın keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Prezident Admnistrasiyasına (PA) onlarla teleqram ünvalayıb. 

Bu barədə o, özü məlumat yayıb. PA-nın yeni rəhbəri Samir Nuriyevi təbrik edən Musa Musayev bundan sonra admnistrasiyaya ünvanlanan məktub və teleqramların aiddiyatı ünvanlara çatdırlacağına ümid etdiyini bildirib: “Prezident Admnistrasiyasının yeni rəhbəri hörmətli Samir Nuriyevi səmimi qəlbdən təbrik edirəm. Ona bu məsuliyyətli işində müvəffəqiyyətlər və yeniliklər arzu edirəm. Mən inanıram ki, bundan sonra Prezident Admnistrasiyasına daxil olan məktublar və teleqramlar rayon icra hakimiyyətlərinə deyil, aidiyyəti ünvana çatdırlacaq.

XƏBƏRLƏR:  XİN ermənilərin əsginas təxribatı ilə bağlı məlumat yaydı

Mənim cənab Prezident İlham Əliyevə, hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya və Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə göndərdiyim məktublar və teleqramlar Yasamal Rayon İcra Hakimiyyətinə yönəldilib”. Musa Musayev göndəridiyi məktub və teleqramların mətnini açıqlamayıb. Amma onların fotolarını paylaşıb:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir