Keçmiş “Formula-1” pilotu Paralimpiadanın çempionu oldu
Keçmiş “Formula-1” pilotu Paralimpiadanın çempionu oldu
17 Sentyabr 2016 / 11:53 / Baxış sayı: 578
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabiq “Formula 1” pilotu Alessandro Zanardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

49 yaşlı keçmiş pilot fərdi üçtəkərli velosiped yarışında birinci olub.

Bununla da italiyalı paralimpiyaçı “Rio-2016″da özünün 4-cü medalını əldə edib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında 2 qızıl və bir gümüş medal qazanmışdı.

Qeyd edək ki, sabiq pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə, pilot ayaqlarını itirib. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə