Keçmiş Aparat rəhbərinə yeni ittiham elan edildi
Keçmiş Aparat rəhbərinə yeni ittiham elan edildi
23 Avqust 2016 / 20:13 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalova qarşı yeni ittiham elan edilib. APA-nın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə