Keçən il işdən çıxarılan yol polisinə vəzifə verildi
Keçən il işdən çıxarılan yol polisinə vəzifə verildi
30 Noyabr 2016 / 16:19 / Baxış sayı: 1744
Font1 Font2 Font3 Font4
Bizimxeber

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib. Bizimxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.

Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi. Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə