Kartla dollar alanlar əlavə faiz ödəyəcək
Kartla dollar alanlar əlavə faiz ödəyəcək
19 Avqust 2016 / 16:09 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4
Bizimxeber

Banklar multivalyuitalı və manatla olan kartlarla əməliyyatlar üzrə  faiz dərəcəsini artırıb. Bunun da özünəməxsus səbəbləri var. Əsas məqsədlərdən biri dolların bahalaşmasından sui-istifadə hallarının qarşısını almaqdır.

Fins.az-ın araşdırmasına görə, artıq  “Bank Respublika”, “Atabank”, “Unibank” “Accessbank”yeni tariflər tətbiq edir.

Hansı banklar tarifləri artırıb?

“Bank Respublika” avqustun 15-dən etibarən manatla olan plastik kartlardan  dollar və digər valyutaların çıxarılması üzrə 4 faiz  mübadilə komissiyası tətbiq edir.  Kartdan karta pul köçürülməsi, POS terminallar üzrə v ə digər əməliyyatlarda isə komiisiya 2  faiz müəyyən edilib.

“Atabank” da manatla olan kartlardan dollar alınması üçün mübadilə komissiyasını 4 faizə qaldırıb. “Accessbank”da isə komissiya 2,5 faiz müəyyən edilib.

“Kapital Bank”dan verilən məlumata görə, burada manatla olan kartlardan dollar alarkən mübadilə komissiyası dəyişməyib.

Bəzi banklar mübadiləyə “yox” deyir

“Unibank”ın manatla olan kartından isə nə bankomatdan, nə də kassadan dollar çıxarmaq mümkün deyil.  Kartın valyutası manatdırsa yalnız manat çıxara bilərsiz. Ancaq  “Unibank”ın manat hesablı plastik kartı ilə başqa bankın bankomatından dollar çıxarmaq istəyənlər həm “Unibank”ın, həm də həmin bankın komissiyasını ödəməlidir.

Qeyd edək ki, son aylarda  əhali banklardan  nağd dollara ala bilmədiyindən manatla olan kart hesablarından mübadilə ilə ABŞ valyutası almağa üstünlük veriblər. Bu zaman  banklar dolları öz satdıqları kursla deyil, Mərkəzi Bankın rəsmi məzənnəsi ilə verirdilər. Artıq yararan   qıtlıq bankları bu əməliyyatları da minimuma endirməyə məcbur edib.

Dollar “qara bazar”a  necə yol tapır?

Çünki vətəndaşlar bundan  sui-istifadə edərək banklardan ucuz qiymətə aldıqları dollarları “qara bazar”da daha baha satmaqla  gəlir əldə edirdilər. Mübadilə komisiyalarının artırılması kart əməliyyatlarından suio-istifadənin qarşısını almaq məqsədi daşıyır.

Müşahidələr göstərir ki, kartlarla əməliyyat üçün mübadilə komissiyalarının son günlərdə artırılması banklardan dollar axınının qarşısını alıb. Fikizi şəxslər banklardan ancaq gündəlik təlabatları üçün  dollar çıxarırlar. Bununla da artıq dolların “qara bazara” çıxarılması bir qədər azalıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə