Kapital Bankın fırıldaqçı reklamı
Kapital Bankın fırıldaqçı reklamı
02 Avqust 2016 / 12:13 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kapital Bank yeni kompaniyaya başlayıb. Kompaniyanın adı “Ürəyindən nə keçir? adlanır. Şərtlərə görə ayda cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti almaq olar. Kreditin müddəti 40 ay təşkil edir.

Qaynarinfo.Az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli kampaniyanın mənasız və soyğunçu olması ilə bağlı “Facebook”da məlumat paylaşıb. Həmin yazını təqdim edirik:

Natiq Cəfərli: “Elə bəh-bəhlə təqdim edirlər ki, elə bil havayı kredit paylayırlar: 1. 2000 çox kiçik məbləğdir, deməli bunu götürən şəxs iş qurub pul qazanmayacaq, gəndəlik ehtiyaclarını ödeyəcək. 2. 40 ay ərzində hər dəfə aya 79 manat ödəsə, ümumilikdə 3160 manat, yəni ana məbləğdən 1160 manat artıq ödəməlidir, bu da az qala 40 aya 70% artıq ödəmə – yəni ilə 22-23% deməkdir”.

Ekspert daha sonra qeyd edir ki, utanmadan hələ bunu pozitiv xəbər kimi reklam da edirlər: “Bu kreditdən bir cür yararlanmaq olar: 2000 manata indi 1250 dollar almaq olar, 40 ay saxlayasan, o zamana qədər ölkədə ciddi dəyişikliklər, islahatlar olmasa, 1 dollar 5-6 manat olacaq, o zaman da 1250 dolları satıb, 7000 manat etmək, onun da 3160 manatına krediti bağlayıb, 4340 manat qazanmaq olar, vəssalam, başqa nə etmek olar ki, belə yüksək faizli 2000 manatlıq kreditlə?!

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə