Kamran Ağayevi 18 yaşlı qapıçı əvəzləyə bilər – Portuqaliya mətbuatı
Kamran Ağayevi 18 yaşlı qapıçı əvəzləyə bilər – Portuqaliya mətbuatı
26 Sentyabr 2016 / 14:51 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin keçdiyi Portuqaliyanın “Boavişta” klubunda ciddi qolkiper problemi yaşanır. Qaynarinfo.Az saytının məlumatına görə, bu qənaətə Portuqaliya mətbuatı gəlib.

Həmkarlarımız Kamranın Vəli Qasımovdan sonra Portuqaliya çempionatında debüt edən ikinci azərbaycanlı futbolçu olduğunu vurğulayaraq, boliviyalı baş məşqçi Ervin Sançesin 30 yaşlı yeni transferə güvənməsinin səbəblərinə də toxunub. Söhbət heç də onun “Portu” ilə debüt qarşılaşmasında 1:3 hesablı məğlubiyyətdə “pay sahibi” olmasından getmir. Sadəcə, komandada qapıçı problemi ciddiləşib.

Onların fikrincə, 6 çempionat oyununda 4 qapıçı dəyişən “Boavişta”dakı problem Mikanın gedişi ilə başlayıb. İlk 3 matçda “çərçivə”ni qoruyan əlcək sahibi İngiltərə “Sanderlend”inə keçməklə sabiq komandasını çıxılmaz vəziyyətdə qoyub.

Nəticədə mütəxəssis hər matçda bir qapıçıya güvənir. Portuqaliya mətbuatı növbəti turla bağlı da proqnoz verib: “Mika gedəndən sonra “Braqa” ilə görüşdə Mamadu Ba 0:3, Mikael Meyra “Feyrense” ilə ev matçında 1:2 hesablı məğlubiyyətin iştirakçısı oldular. İndi də azərbaycanlı qapıçı ilə məğlubiyyət qeydə alınıb. Bəs “Boavişta” indi qabağa necə gedəcək? Sançesin sərəncamında 18 yaşlı Fabio Meskita da var. Ona da debüt şansı verə bilər”.

Maraqlıdır ki, “Boavişta” nəinki 6 matçda, bütün çempionatda 4 qapıçıdan yararlanmağı sevən komanda deyil. Hər mövsümü 2-3 qapıçı ilə yola verib. Sonuncu dəfə 4 qapıçıdan istifadə olunan mövsüm 1952/53 mövsümü olub. 64 ildən sonra eyni halla üzləşən komanda Kamran Ağayevi də ehtiyata atıb, Fabioya güvənsə, 5-ci qapıçı dəyişikliyi olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə