Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubuna keçdi – FOTO
Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubuna keçdi – FOTO
13 Sentyabr 2016 / 12:53 / Baxış sayı: 442
Font1 Font2 Font3 Font4
Bizimxeber

Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib. Qolkiper karyerasını Portuqaliyada davam etdirəcək. Belə ki, Kamran “Boavişta” klubuna keçib. Bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kamranın transferi üçün pul ödənməyib. Qolkiper sabahdan komandanın məşqlərinə qatılacaq. O, bu klubda milli komandamızın yeni üzvü Emin Mahmudovla birlikdə çıxış edəcək.

Kamran Ağayev ilk açıqlamasını da verib. Millimizin qapıçısı bunları deyib: “Portuqaliya klubunda oynayacağım üçün çox xoşbəxtəm. Avropanın böyük klublarından birinə gəlmişəm. Söz verirəm ki, komandanın uğuru üçün əlimdən gələn hər şeyi edəcəm”.

Qeyd edək ki, Kamran Ağayev “Şəfa”da başlayan karyerası ərzirdə “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Kayserispor” və “Karşıyaka” klublarında çıxış edib. Onun adı bir müddət əvvəl “Sumqayıt”ın PFL-dəki sifariş ərizəsinə salınmışdı.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə